AFFA rəhbərliyi aşağı yaş qrupları üzrə yığmaların kurasiyasını kimə tapşıracağını müəyyənləşdirib.
Bu iş Qurban Qurbanova tapşırılıb.
İcraiyyə Komitəsinin üzvü olan «Qarabağ»ın çalışdırıcısı bu komandalara görə məsuliyyət daşıyacaq. Söhbət U-15, U-16, U-17, U-18 və U-9 millilərindən gedir.
Təcrübəli mütəxəssisə adıçəkilən yığmalara məşqçi seçimi etmək səlahiyyəti verilib. Yəni ki, Qurbanov kimləri məsləhət bilsə, onlar da sükan arxasına keçəcək.
Azərbaycanın ən güclü çalışdırıcısı gələn ay bununla bağlı raportunu AFFA başbilənlərinə təqdim etməlidir.
SPORTİNFO.AZ

