COP29

Şahruddindən "Neftçi" cəbhəsini sevindirəcək XƏBƏR

18 May 21:00 Neftçi 7 698
Şahruddindən "Neftçi" cəbhəsini sevindirəcək XƏBƏR

Şahruddin Məhəmmədəliyevin yenidən Azərbaycana qayıtmaq ehtimalı barədə məlumat vermişdik.

Onun xidmətində "Neftçi" maraqlıdır.

"Qarabağ"ın sabiq qolkiperi də bu keçidə isti yanaşır.

Səbəbi isə hazırkı klubunda onu məmnun etməyən durumdur.

Belə ki, "Şah" "Adana Dəmirspor"da maaşlarını vaxtı-vaxtında ala bilmir

O, Türkiyə təmsilçisində oynadığı 8 ayda cəmi 4 ayın əmək haqqısını ala bilib.

Əslində milli komandamızın üzvü qardaş ölkədəki durumundan məmnundur. Klubun bazası, Super Liqanın səviyyəsi, hər həftə dolu tribunalar önündə oynamaq ona cəlbedici gəlir.

Yeganə üzücü məqam maaşların gecikdirilməsidir.

Artıq bundan yorulan Şahruddin qısa müddətdə Adana təmsilçisini tərk etmək barədə qərara gəlib.

Bu səbəbdən "ağ qaralar"ın onu sıralarına qatmaq şansı yüksəkdir.

Şahruddin 2016-cı ildən 2023-cü ilin yayına kimi “Qarabağ”ın uğurları üçün çalışıb.

O, ötən ilin sentyabrında “Adana Dəmirspor“la anlaşıb. “Şah“ın Super Liqa təmsilçisi ilə müqaviləsi 2025-ci ilin iyununda başa çatacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"