COP29

“Qəbələ”nin əsas siması oxu atıb yayı gizlətdi: “Onu deməyəcəm”

17 May 23:40 Qəbələ 740
“Qəbələ”nin əsas siması oxu atıb yayı gizlətdi: “Onu deməyəcəm”

“Qəbələ” ilə müqaviləmin müddəti cari mövsümün sonuna qədərdir.

Hazırda qarşıdakı iki oyunu düşünürəm, sonra nə olacağını zaman göstərəcək”.

“Qəbələ”nin belçikalı yarımmüdafiəçisi Allaş Sportinfo.az-a açıqlamasında gələcək taleyi ilə bağlı sualı cavablandırıb.

Bölgə təmsilçisinin heyətində seçilən futbolçulardan olan “Anderlext”in yetirməsinin sözləşmə bu ayın sonuna qədərdir.

Əldə etdiyimiz bilgiyə görə, 26 yaşlı yarımmüdafiəçi ilə Azərbaycanın bir neçə klubu yaxından maraqlanır. Üstəlik, ölkə xaricindən də təkliflər var.

Əyyub bu mövzu ilə bağlı suala diplomatik cavab verib:

“Dediyim kimi, sabah nə olacağını indidən deyə bilmərəm. “Qəbələ”yə gəldiyim gündən özümə qarşı xoş münasibət görmüşəm.

Ona görə də fikrimi yalnız son oyunlara yönəltmişəm. Bacardığımın ən yaxşısını etmək istəyirəm ki, klubun haqqını ödəyim.

Təkliflərə gəlincə, bəli, maraq göstərən, soruşan klublar var. Ancaq hansı ölkələrdən olduğunu deməyəcəm. Mövsüm başa çatsın, bu barədə danışarıq”.

Mərakeşli futbolçu cari mövsümdə bütün yarışlarda meydana çıxdığı 38 oyunda 6 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"