COP29

“Yalnız oğrular VAR-dan şikayət edə bilər” - İmtina çağırışlarına kəskin reaksiya verdi

18 May 00:20 Dünya futbolu 292
“Yalnız oğrular VAR-dan şikayət edə bilər” - İmtina çağırışlarına kəskin reaksiya verdi

İngiltərənin Premyer Liqa klubları iyun ayında VAR sisteminin ləğvi imkanlarını müzakirə edəcəklər.

Bu təklifi ilkin olaraq bu mövsüm hakim qərarlarından əziyyət çəkən “Vulverhempton” irəli sürüb.

Premyer Liqa klubları məsələni səsverməyə çıxarsa, VAR-ın ləğvi qərarı üçün 20 səsdən ən azı 14-ü alınmalıdır.

Sportinfoa.az “SimplyGoal”-a istinadən xəbər verir ki, portuqaliyalı məşqçi Joze Mourinyo VAR-dan imtina çağırışlarına kəskin reaksiya verib:

“Yalnız oğrular VAR kameralarının quraşdırılmasından şikayət edə bilər”.

Daha əvvəl “Liverpul”un baş məşqçisi Yurgen Klopp futbolda VAR sisteminin əleyhinə olduğunu bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"