"Neftçi"dən SUPER XƏBƏR - Transfer büdcəsi xeyli artırıldı, bu şəxsin...

18 May 2024 13:00 Neftçi 4 466
"Neftçi"dən SUPER XƏBƏR - Transfer büdcəsi xeyli artırıldı, bu şəxsin...

«Neftçi» yeni mövsüm daha iddialı heyət quracaq.

Bu barədə redaksiyamıza SOCAR rəhbərliyinə yaxın mənbələrdən maraqlı informasiya daxil olub.

Bildirilib ki, son illərdə aparılan transfer siyasəti və komandanın çıxışı geniş şəkildə təhlil edilib.

İdarəçilikdəki neqativ məqamlar incələnib. Habelə hərtərəfli tədbirlər planının işlənməsi barədə ümumi razılıq əldə olunub.

Buna əsasən, əsas komandayla əlaqəli qərarlar mərkəzləşdirilmiş şəkildə veriləcək.

İdman direktoru Yens Andersonun səlahiyyətləri artırılıb. İsveçli funksioner gələn və gedən futbolçular barədə son rəyi verəcək şəxs statusuna qalxıb.

Ən maraqlı mövqe transfer büdcəsi ilə əlaqədardır. Yeni oyunçuların alınmasına ortalama 15-16 milyon manat vəsait ayrılmasına dair fikir birliyi yaranıb.

Qiymət siyasətini müəyyənləşdirmək də idman direktoruna həvalə olunub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da