
"Neftçi" Premyer Liqanın 35-ci turunda səfərdə “Səbail”lə qarşılaşacaq.
Sportinfo.az xəbər verir ki, "ağ-qaralar" oyuna ciddi itkilərlə çıxacaq.
Bərpa prosesi keçən Emil Balayevlə yanaşı, müalicəsini davam etdirən Emin Mahmudov, eləcə də cəzalı Yuri Matias və Andre Şinyaşiki bu matçı buraxmalı olacaqlar.
"Səbail" - "Neftçi" qarşılaşması bu gün saat 17:00-da "ASCO Arena"da baş tutacaq.