Qızlar da AFFA-nı incidir

18 May 2024 08:40 Hadisə 684
Qızlar da AFFA-nı incidir

AFFA-nın İntizam Komitəsi “Sabah”ın 16 yaşadək oğlanlardan ibarət komandasının məşqçisi Nəbi Nəbizadəni 5 oyunluq cəzalandırıb.

Sportinfo.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb onun U-16 Liqasında keçirilən “European Football Academy” – “Sabah” matçında hakimlər briqadasını təhqir etməsi olub.

“European Football Academy”nin 17 yaşadək oğlanlardan ibarət komandasının üzvü Kənan Aslan isə 4 oyunluq cəzalandırılıb. Buna səbəb futbolçunun “Neftçi”nin U-17 komandasına qarşı görüşdə hakimi təhqir etməsi olub.

İntizam Komitəsi Yüksək Qızlar Liqasında Ağcabədini təmsil edən “Olimpiya”ya isə 0:3 hesablı texniki məğlubiyyət verib. Buna səbəb “Olimpiya”nın digər Ağcabədi təmsilçisi “Baku Juniors-Olimpiya” ilə matça gəlməməsi olub.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...
14 Sentyabr 00:40 “Problemlərimiz var”