AFFA Bakıda millini seyr etməyə bu qədər pul istəyir

27 Oktyabr 2021 01:10 Azarkeş 655
AFFA Bakıda millini seyr etməyə bu qədər pul istəyir

DÇ-2022-nin seçmə mərhələsində Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Lüksemburq qarşılaşmasının, həmçinin Azərbaycan – Qətər yoldaşlıq oyununun biletləri bu gündən satışa çıxarılıb.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar qarşılaşmaya stadionun azarkeş tutumunun 50%-i qədər azarkeş buraxılacaq.

Biletlərin qiymətləri kateqoriyalara uyğun olaraq 2 manat, 5 manat, 10 manat və 15 manatdır. Azarkeşlər stadiona COVID-19-la bağlı sanitar-gigiyenik prosedurlara riayət olunması şərtilə buraxılacaq.

AFFA azarkeşlərdən stadionda hərəkət edərkən və əyləşərkən sosial məsafəni qorumalarını xahiş edib.

Həm Lüksemburq, həm Qətərlə oyunun biletlərini iTicket mobil tətbiqi, veb saytı və ya “Gənclik Mall” və “28 Mall”da yerləşən iTicket bilet satış məntəqələrindən əldə etmək olar.

Pandemiya ilə əlaqədar təması minimuma endirmək məqsədilə biletlər elektron formada təqdim ediləcək. Mobil tətbiq və ya veb-saytdan elektron bilet əldə etdikdə, həmin bilet alıcının e-mail ünvanına göndərilir və ya şəxsi kabinetində görünür.

Bilet satış məntəqəsindən bilet əldə etdikdə, elektron bilet alıcının e-mail ünvanına göndərilir, ehtiyac olarsa, A4 formatında çap edilib təqdim olunur.

Oyun günü stadiona daxil olmaq üçün elektron bileti telefondan oxutmaq və ya A4 formatında çap edilmiş bileti təqdim etmək olar.

Azərbaycan yığmasının Lüksemburqla oyunu noyabrın 11-də, Qətərlə matçı isə noyabrın 14-də baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti