Bakı AVRO-2020-yə dekabrda ev sahibliyi edəcək?

15 Mart 2020 09:20 AÇ-2020 835
Bakı AVRO-2020-yə dekabrda ev sahibliyi edəcək?

UEFA 17 mart toplantısında AVRO-2020-nin bu ilin dekabrına təxirə salınma məsələsinə baxacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

Bildirilir ki, belə bir təxirəsalınma təsdiqlənsə, bu, Avropada koronavirus epidemiyası ilə əlaqədar təxirə salınmış milli çempionatları başa vurmağa imkan verəcək.

Hazırda UEFA AVRO-2020-nin koronavirus pandemiyası ilə əlaqədar təxirə salınması üzərində çalışır. Bu barədə qitə futbol qurumunun rəsmisi Evelina Kristillin açıqlama verib.

Daha əvvəl "L Equipe" nəşri Avropa çempionatının 2021-ci ilədək təxirə salınacağını yazıb. Rəsmi qərar martın 17-də qəbul olunacaq.

AVRO-2020 12 iyun - 12 iyulda Avropanın 12 şəhərində təşkil olunmalıdır. Onlar arasında Bakı da var. A qrupunun 3 oyunu, 1/4 final mərhələsinin 1 matçı isə Bakı Olimpiya Stadionunda keçirilməlidir.

Digər Xəbərlər
Xəbər Lenti