Ürəyiniz rahat olsun: "Biz nikbinik, inanırıq ki, bu, baş tutacaq"

3 Mart 2020 19:36 AÇ-2020 906
Ürəyiniz rahat olsun: "Biz nikbinik, inanırıq ki, bu, baş tutacaq"

"AVRO-2020 12 ölkədə təşkil olunacaq. Hazırda müxtəlif məsələlərlə məşğuluq və onların sırasında koronavirus epidemiyası da var".

bu sözləri UEFA prezidenti Aleksandr Çeferin Niderlandın paytaxtı Amsterdamda təşkil olunan Konqresdə çıxışı zamanı deyib.

Sloveniyalı funksioner koronavirus epidemiyasının turnirin keçirilməsinə mane olmayacağına əminliyini bildirib: "İnanırıq ki, Avropa çempionatı baş tutacaq. Biz nikbinik. Kədərli ssenarilər barədə düşünmək istəmirik".

Avropa çempionatı 12 iyun - 12 iyulda qitənin 12 şəhərində keçiriləcək. AVRO-2020-nin təqviminə əsasən, iyunun 13-də Bakı Olimpiya Stadionunda A qrupunun Uels - İsveçrə, iyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları təşkil olunacaq.

Bundan başqa, iyulun 4-də 1/4 final mərhələsinin bir oyunu bu arenada gerçəkləşəcək. AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda üz-üzə gələcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"