Bakıda otel və təlim-məşq bazası seçməyə tələsmirlər - Görəsən, niyə?

14 Dekabr 2019 23:45 AÇ-2020 768
Bakıda otel və təlim-məşq bazası seçməyə tələsmirlər - Görəsən, niyə?

İsveçrə millisinin AVRO-2020-yə hazırlıq proqramı müəyyənləşib. Sportinfo.az xəbər verir ki, komanda turnir öncəsi iki yoldaşlıq görüşü keçirəcək.

Belə ki, isveçrəlilər mayın 31-də Bazeldə Almaniyanı, iyunun 4-də Sankt-Qallendə Lixtenşteyni qəbul edəcək. Komandaiyunun 8-də Sürixdən Bakıya yola düşəcək, Uelslə ayın 13-də baş tutacaq A qrupunun ilk görüşünün hazırlığına başlayacaq.

Qarşılaşmanın ertəsi günü Vladimir Petkoviçin kollektivi Romaya səfər edəcək. İyunun 17-də İtaliya ilə baş tutacaq matçdan iki gün sonra yenidən Bakıya qayıdacaq komanda ayın 21-də Türkiyə ilə keçiriləcək son oyuna hazırlaşacaq.

İsveçrəlilər Romadan fərqli, Bakıda otel və təlim-məşq bazası seçməyə tələsmir. Onlar bunun üçün Türkiyə və Uels nümayəndələrinin seçimini gözləyir və yalnız bundan sonra qərar qəbul edəcəklər.

İsveçrə millisi martın 23-də və 31-də daha iki yoxlama görüşü planlaşdırır. Lakin rəqiblər və qarşılaşmanın keçiriləcəyi stadionlar hələlik bəlli deyil. İlkin ehtimal hər iki görüşün Qətərdə keçirilməsidi. Mümkün rəqiblər isə Xorvatiya, Belçika və Portuqaliyadı.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!