AÇ-2020-də Bakıda meydana çıxacaq "Yuventus"lu - "İDDİALIYIQ"

4 Dekabr 2019 15:15 AÇ-2020 887
AÇ-2020-də Bakıda meydana çıxacaq "Yuventus"lu -

Türkiyə yığmasının müdafiəçisi Merih Demiral AÇ-2020-də yer aldıqlarını A qrupunu dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, "Fanatik" qəzetinə açıqlama verən "Yuventus"un istedadlı futbolçusu iddialı olduqlarını deyib.

21 yaşlı Merih ilkin məqsədin qrupdan çıxmaq olduğunu bildirib:

"İtaliya ilə eyni qrupa düşmək mənim özüm üçün də yaxşı oldu. Bilirəm, çətin qrupa düşmüşük, hansı ki, italyanlar seçmə mərhələdə bir oyunda belə, məğlub olmayıblar. İsveçrə və Uelsə gəlincə, yaxşı komanda olmasaydılar, Avropa çempionatının final mərhələsinə vəsiqə qazana bilməzdilər. Turnirdə uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik, iddialıyıq".

İyunun 17-də Bakı Olimpiya stadionunda Uels, 21-də isə İsveçrə ilə qarşılaşacaq Şenol Günəşin "ay-ulduzlular"ı A qrupunda ilk oyununu iyunun 12-də Romada İtaliyaya qarşı keçirəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti