Avropa Liqasında həftənin futbolçusu adına namizədlər

27 Noyabr 2020 12:20 Avropa Liqası 547
Avropa Liqasında həftənin futbolçusu adına namizədlər

Avropa Liqasının qrup mərhələsinin IV tur oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu ada "Arsenal"dan Nikolas Pepe, "Tottenhem"dən Karlos Vinisius, "Bayer"dən Kerem Demirbay və PSV-dən Kodi Qakpo iddia edir.

Pepe Norveçdə "Molde"ni 3:0 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib. Vinisius evdə Bolqarıstan "Lüdoqorets"inə 4:0 qalib gəldikləri matçda iki qol vurub.

Qakpo Yunanıstanda PAOK-a 2:3 hesabı ilə uduzduqları qarşılaşmada bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Demirbay isə İsrailin "Hapoel" (Beer-Şeva) komandasını 4:1 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib.

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı