Avroliqanın təxirə salınan matçının vaxtı açıqlandı

28 Fevral 2020 09:42 Avropa Liqası 824
Avroliqanın təxirə salınan matçının vaxtı açıqlandı

Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində fevralın 27-də Avstriya “Zalsburq”u ilə Almaniyanın “Ayntraxt” (Frankfurt) klubları arasında keçirilməli olan cavab oyununun təxirə salındığını xəbər vermişdik.

Sportinfo.az xəbər verir ki, artıq sözügedən matçın nə vaxt keçiriləcəyi bəllidi.

“Zalsburq”un rəsmi saytının yaydığı məlumata görə, qarşılaşma bu gün - fevralın 28-də keçiriləcək. Oyuna saat 21:00-da start veriləcək.

Sözügedən matç fırtına xəbərdarlığı səbəbindən təxirə salınmışdı. Belə ki, oyunun keçiriləcəyi şəhərdə küləyin sürəti saatda 120 km-ə çatdığı üçün qarşılaşmanın oynanılmamasına qərar verilmişdi.

Frankfurtdakı ilk görüşdə "Ayntraxt" rəqibini 4:1 hesabı ilə məğlub etmişd

Digər Xəbərlər
Xəbər Lenti