"Qarabağ” işimizi çox çətinləşdirdi, yaxşı komandadır"

10 Noyabr 2019 09:14 Avropa Liqası 803
"Qarabağ” işimizi çox çətinləşdirdi, yaxşı komandadır"

“İkinci hissəni əla keçirdik. Uşaqları təbrik edirəm". Sportinfo.az xəbər verir ki, bunu APOEL-in kapitanı Nikolas Yoannu deyib.

Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"ı qəbul edən Kipr təmsilçisi 2:1 hesablı qələbə qazanıb. Yerli mətbuata açıqlamasında matçı dəyərləndirən müdafiəçi hələ hər şeyin bitmədiyini düşünür:

"Bu oyunun növbəti mərhələyə yüksəlmək baxımından nə qədər əhəmiyyətli olduğunu bilirdik. Ancaq hələ heç nə bitməyib. “Qarabağ” işimizi çox çətinləşdirdi, yaxşı komandadı. "Qarabağ"la bu mövsüm avrokuboklarda keçirdiyimiz 4 oyunun hamısında şanlar 50/50 idi.

Ancaq biz qələbəyə və növbəti mərhələyə layiq olduğumuzu göstərdik. Qrupumuzdakı digər komanda “Düdelanj” da Avropa Liqasında təsadüfən olmadığını göstərib. Onlara səfərdə qalib gəlmək üçün tam şəkildə köklənməliyik”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"