"Həqiqətən yaxşı iş gördük" - APOEL-in qapıçısı

8 Noyabr 2019 09:56 Avropa Liqası 614
"Həqiqətən yaxşı iş gördük" - APOEL-in qapıçısı

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"a 2:1 hesabı ilə qalib gələn APOEL-in qapıçısı Vid Belets matçdan sonra açıqlama verib. Sportinfo.az xəbər verir ki, 29 yaşlı sloveniyalı qolkiper qələbəni şərh edib:

"Bizim üçün önəmli oyun idi. Bütün komanda həqiqətən də yaxşı iş gördü və qazandığımız nəticədən məmnunuq. "Düdelanj"la səfər oyununu dörd gözlə gözləyirik.

Lüksemburqa qələbə üçün yollanmalıyıq. Addım-addım irəli getməli və bacarığımızı ortaya qoymalıyıq".

Digər Xəbərlər
Xəbər Lenti