COP29

"Beşiktaş" Avropa Liqasında “Qarabağ”ın qəniminə qalib gəldi

7 Noyabr 00:20 Avropa Liqası 347
"Beşiktaş" Avropa Liqasında “Qarabağ”ın qəniminə qalib gəldi

"Beşiktaş" Avropa Liqasında qələbə qazanıb.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi "Malmö"yə 2:1 hesabı ilə qalib gəlib.

"Ağ-qaralar"ın heyətində 76-cı dəqiqədə Ernest Muci, 9 dəqiqə sonra isə Semih Kılıçsoy fərqlənib.

İkinci turda Bakıda “Qarabağ”a 2:1 hesabıyla qalib gəlmiş İsveç klubunun

yeganə qoluna isə 90+5-ci dəqiqədə Soren Rieks imza atıb.

Hazırda turnir cədvəlində "Beşiktaş" 6 xalla 14-cü, "Malmö" isə 3 xalla 26-cıdır.

IV turun digər görüşləri noyabrın 7-də gerçəkləşəcək.

"Beşiktaş" – "Malmö" (İsveç) 2:1

Qollar: Muçi, 76, Kılıçsoy, 85 - Rieks, 9+3

Hakimlər: Sven Yablonski, Lasse Koslovski, Eduard Beytinqer, Tobias Rişel (Almaniya)

"Beşiktaş Stadium"

Digər Xəbərlər
Xəbər Lenti
1 Dekabr 09:25 Futbolun dirçəlişi