“Qarabağ” Avropa Liqasının Liqa mərhələsinin III turunda "Ayaks"a (Niderland) məğlub olub.
Sportinfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən oyun qonaq komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Təmsilçimiz şotlandiyalı baş hakim Nikolas Uolşun idarə etdiyi qarşılaşmaya uğursuz başlayıb. 15-ci dəqiqədə Julio Romao birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Hesabı isə 36-cı dəqiqədə Kennet Teylor açıb. Amsterdam təmsilçisi 74-cü dəqiqədə Vaut Veqhorstun penalti zərbəsini dəqiq yerinə yetirməsindən sonra fərqi iki topra çatdırıb.
Görüşdə yekun hesabı isə 77-ci dəqiqədə adını tabloya yazdıran Çuba Akpom müəyyənləşdirib.
79-cu dəqiqədə isə Ağdam klubunun heyətində Elvin Cəfərquliyev ikinci sarı vərəqənin ardından qırmızı vərəqə alıb. Bununla da “Qarabağ” oyunu 9 nəfərlə tamamlayıb.
24 oktyabr
20:45."Qarabağ" - "Ayaks" (Niderland) 0:3
Qollar: Kennot Taylor, 36, Vaur Veqorst, 74 (p), Çubo Ekpom, 77
Qırmızı vərəqə: Julio Romao, 15, Elvin Cəfərquliyev, 79
Baş hakim: Nikolas Uolş (Şotlandiya).
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.
"Qarabağ": 99. Mateuş Koxalski, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoveç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Juninyo
Baş məşqçi: Qurban Qurbanov
"Ayaks": 22. Remko Pasveer, 4. Jorrel Hato, 37. Josip Sutalo, 24. Daniele Ruqani, 2. Devine Renş, 8. Kennet Teylor, 8. Cordan henderson (k), 28. Kian Fits-Cim, 11. Mika Qodts, 29. Kristian Rasmussen, 25. Vaut Veqorst
Baş məşqçi: Françesko Farioli