“Qarabağ”ın “Tank”ından xəbər var – “Bayer”lə oyunlarda...

29 Fevral 13:40 Avropa Liqası 9 878
“Qarabağ”ın “Tank”ından xəbər var – “Bayer”lə oyunlarda...

“Qarabağ” Avropa Liqasının 1/8 final mərhələsində “Bayer Leverkuzen”lə qarşılaşacaq.

“Braqa” ilə Bakıdakı cavab görüşündə meydandan qovulan Elvin Cəfərquliyevlə sarı vərəqə limitini dolduran Julio Romaonun martın 7-də meydana çıxmayacağı məlumdur.

Sevindirici xəbər “Tank” ləqəbli evin Medina ilə bağlıdır.

Noyabrda sıradan çıxaraq əməliyyat olunan 30 yaşlı müdafiəçi təxminən 3 aylıq müddətli müalicə və bərpadan sonra məşqlərə start verib. Kolumbiyalı komanda ilə birlikdə məşq edir.

Bu isə o deməkdir ki, qeyri-adi hadisə baş verməsə Kevin “Bayer”lə oyunlara qədər hazır olacaq. Onun əsas heyətdə oynayıb-oynamayacağına baş məşqçi Qurban Qurbanov qərar verəcək.

Komandalar arasındakı ilk oyun martın 7-də Bakıda, cavab görüşü bir həftə sonra Leverkuzendə keçiriləcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti