"Qarabağ"ın diqqətinə - "Yeni futbolçu axtarmırıq"

14 Yanvar 2024 09:25 Avropa Liqası 3 149
"Qarabağ"ın diqqətinə - "Yeni futbolçu axtarmırıq"

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Braqa" (Portuqaliya) qış transfer pəncərəsi zamanı mərkəz hücumçusu almağı nəzərdə tutmur.

Sportinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Artur Jorje bildirib.

52 yaşlı mütəxəssis bildirib ki, ön xətdə futbolçu axtarışında deyillər:

"Zamanla belə bir imkan yaranarsa, biz bundan istifadə edəcəyik. Yeni futbolçu axtarmırıq.

Biz artıq oyunçularımızı müəyyənləşdirmişik və buna diqqət edirik. İndiki halda söyləyəcəyim başqa nəsə yoxdur".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA