“Final fitinə qədər əlimizdən gələni etdik, nəsə çatışmadı”

20 May 2023 00:20 Avropa Liqası 761
“Final fitinə qədər əlimizdən gələni etdik, nəsə çatışmadı”

“Bayer”in (Leverkuzen) çalışdırıcısı Xabi Alonso Avropa Liqasının yarımfinalının “Roma” ilə cavab görüşünü (0:0) dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, o, yaxşı oynadıqlarını deyib:

“Final fitinə qədər əlimizdən gələni etdik. Çərçivəyə zərbələr endirdik, amma qol olmadı.

Cavab oyununu yaxşı keçirdik, lakin nəsə çatışmırdı. Buraxdığımız bir qoldan sonra uduzmaq çətindir. Amma bu, futboldur.

Azarkeşlər inanılmaz idi: oyundan əvvəl də, oyun zamanı da, oyundan sonra da. Fanatlarımızla fəxr edirik.

Almaniya çempionatında sona iki tur qalıb. Növbəti mövsüm də avrokuboklara vəsiqə qazana biləcəyimizə inanırıq”.

İki oyunun nəticəsinə əsasən, Bundesliqa klubu “Roma”ya uduzub və turnirlə vidalaşıb. İtaliya təmsilçisi həlledici qarşılaşmada “Sevilya” ilə qarşılaşacaq.

Avropa Liqasının final oyunu mayın 31-də, Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!