
"Nant" Avropa Liqası qrup mərhələsinin beşinci turu çərçivəsində doğma meydanda "Qarabağ"ı qəbul edəcək.
Sportinfo.az xəbər verir ki, Fransa klubunun futbolçusu Andrey Cirotto açıqlama verib.
30 yaşlı yarımmüdafiəçi qələbə qazanmalı olduqlarını deyib:
"Bizim üçün vacib matçdır. "Qarabağ" ilk oyunda uduzduğumuz rəqibdir. Evdə qalib gəlməliyik. Keçən il əldə etdiyimiz formanı bərpa etməyə başlayırıq. Bununla belə, diqqətimizi cəmləməliyik".
"Nant" - "Qarabağ" qarşılaşması 27 oktyabr tarixində, Bakı vaxtilə saat 23:00-da baş tutacaq.