"Qarabağ"ın pley-offdakı potensial rəqibləri üz-üzə gəlir - Avroliqada

9 Avqust 2022 15:40 Avropa Liqası 875
"Qarabağ"ın pley-offdakı potensial rəqibləri üz-üzə gəlir - Avroliqada

Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin cavab matçlarına start veriləcək.

Sportinfo.az xəbər verir ki, günün yeganə qarşılaşmasında "Qarabağ"ın bu turnirin pley-offundakı potensial rəqibləri üz-üzə gələcəklər.

Şimali Makedoniya "Şkupi"si evdə İrlandiyanın "Şemrok Rovers" klubunu sınağa çəkəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Dublindəki ilk matçda yerli komanda 3:1 hesablı qələbə qazanıb.

"Qarabağ" bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Macarıstan "Ferentsvaroş"un qonağı olacaq.

Bakıdakı ilk matçda 1:1 hesablı heç-heçə edən Azərbaycan çempionu məğlub olsa, Avropa Liqasının pley-off mərhələsində "Şkupi" (Şimali Makedoniya) - "Şemrok Rovers" (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

9 avqust

23:00. "Şkupi" (Şimali Makedoniya) - "Şemrok Rovers" (İrlandiya)

İlk oyun - 1:3

Digər Xəbərlər
Xəbər Lenti