"Reyncers" 101-ci dəqiqədə qol vurdu, mərhələ adladı - VİDEO

15 Aprel 2022 01:40 Avropa Liqası 1 228
"Reyncers" 101-ci dəqiqədə qol vurdu, mərhələ adladı - VİDEO

Avropa Liqasında yarımfinal mərhələsinin bütün iştirakçıları bəlli olub.

Sportinfo.az xəbər verir ki, son olaraq Şotlandiya "Reyncers"i adını növbəti mərhələyə yazdırıb.

Qlazqo təmsilçisi 1/4 finalın cavab oyununda Portuqaliya "Braqa"sı ilə qarşılaşıb. Görüşün əsas vaxtı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İlk matçda portuqaliyalılar minimal hesabla qalib gəldiyindən əlavə vaxt oynanılıb. 101-ci dəqiqədə daha bir qol vuran Şotlandiya təmsilçisi yekunda 3:1 hesablı qələbəyə sevinib.

Beləliklə, yarımfinalda "Reyncers" və İngiltərə "Vest Hem"i müvafiq olaraq, Almaniyanın "Leyptsiq" və "Ayntraxt" klubları ilə üz-üzə gələcək.

Yarımfinal qarşılaşmaları aprelin 28-də və mayın 5-də olacaq.

"Reyncers" (Şotlandiya) - "Braqa" (Portuqaliya) - 3:1 (ƏLAVƏ VAXTDA - 1:0)

Qollar: Ceyms Tavernye, 2; 44 (pen.). Kemar Ruf, 101 - David Karmu, 83

Qırmızı vərəqə: Vitor Tormena, 43, Yuri Madeyruş, 105 (hər ikisi "Braqa")

İlk oyun - 0:1

Digər Xəbərlər
Xəbər Lenti