COP29

GÖZLƏYİN: Avtomobil bazarında ucuzlaşma olacaq - VİDEO

9 İyul 08:50 Araşdırma 1 415
GÖZLƏYİN: Avtomobil bazarında ucuzlaşma olacaq - VİDEO

Azərbaycanda Aİ-92 markalı benzinin və dizel yanacağının bahalaşması avtomobil bazarında qiymət dəyişikliyinə səbəb ola bilər.

Ekspertlər deyirlər ki, bu dəyişiklik daha çox istehsal ili köhnə olan avtomobillərin qiymətində hiss ediləcək.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun fikrincə, yanacağın qiymətinin dəyişməsi avtomobil bazarında yaxın aylarda hiss olunmayacaq.

Amma ekspert onu da xatırladıb ki, daha əvvəl yanacağın qiymətindəki dəyişiklik mühərrik həcmi böyük olan avtomobillərin qiymətinə təsir edib.

Eldəniz Cəfərovun fikrincə, son dəyişiklik dizellə işləyən avtomobillərin qiymətinə ciddi təsir etməyəcək. Çünki belə avtomobillər yanacağı az sərf edir və ona görə də bu maşınlara tələbat çoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?