Qarşıdan gələn 2024-cü il Şərq astrologiyasına görə, çox qeyri-adi varlıq olan Əjdaha ili üzərində təhvil olur.
Çin astroloqlarına görə, əzəmət və gücdən savayı, sehirli Əjdahaya emosionallıq, xarizmatiklik, hər zaman diqqət mərkəzində olmağa can atmaq və parlamaq kimi xüsusiyyətlər xasdır.
Astroloqların proqnozlarına inansaq, 2024-cü il Əjdaha ilində doğulanlar üçün düşərli olacaq.
Bu isə o deməkdir ki, 1964, 1976, 1988, 2000 və 2012-ci ildə dünyaya gələnlər növbəti ildə xoş xəbərlərə sevinəcək, 12 ay onlar üçün unudulmaz hadisələrlə yadda qalacaq.
Ölkə futbolunda yuxarıda göstərilən illərdə anadan olanların sayı kifayət qədərdir.
Baş məşqçilərin heç biri Əjdaha ilində doğulmasa da, futbolçuların arasında belələrinin sayı çoxdur.
Qarabağ: Elvin Cəfərquliyev
Zirə: Rüstəm Əhmədzadə, Felipe Paxtmann
Neftçi: Yeqor Boqomolski
Sumqayıt: Kamran Quliyev
Araz-Naxçıvan: Elçin Mustafayev
Sabah: Nicat Mehbalıyev, Kahim Parris, Jarl Marqarita, Vinsent Till
Kəpəz: Vüsal Məsimov, Şakir Seyidov, Vurğun Hüseynov, Elmir Tağıyev
Hər halda adları çəkilənlərin hər biri 2024-cü ilin tez gəlməsini gözləyir. Hansı hadisələrlə rastalaşacaqlarını zaman göstərəcək.
HƏBİB / SPORTİNFO.AZ

