“Neftçi” 10-a çatdırdı...

02:50 Araşdırma 91
“Neftçi” 10-a çatdırdı...

“Turan Tovuz”un öz meydanında məğlubiyyətsiz oyunlar seriyasına son qoyulub.

Sportinfo.az xəbər verir ki, tovuzlular “Sabah”a uduzaraq, 8 turdan sonra evdə yenilgi üzü görüb.

Maraqlıdır ki, “Turan Tovuz” bundan əvvəlki ev məğlubiyyətini 15-ci turda məhz “Sabah”dan (1:3) almışdı.

Həmçinin “Qəbələ” doğma azarkeşləri önündə “Şamaxı”nı üstələyərək (3:1), evdəki 7 oyunluq qələbə həsrətinə son qoyub.

Səfərdə ardıcıl 3-cü qələbəsini qazanan “Neftçi” isə qonaq meydanındakı məğlubiyyətsizlik seriyasını 10-a çatdırıb. “Ağ-qaralar” axırıncı dəfə 14-cü turda “Sabah” səfərindən əliboş dönüb (0:2).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti