“Sabah” və “İmişli” Azərbaycanda yeganə komanda oldu ki...

00:40 Araşdırma 132
“Sabah” və “İmişli” Azərbaycanda yeganə komanda oldu ki...

“Sabah” və “İmişli” Misli Premyer Liqasında mövsümü eyni ssenari ilə başa vurub.

Sportinfo.az xəbər verir ki,“Sabah” mövsümü səfərdə məğlub olmadan, “İmişli” isə evdə qələbə qazanmadan yekunlaşdırıb.

Sonuncu – 33-cü turda çempion bürünc mükafatçı “Turan Tovuz”u səfərdə 2:1 hesabı ilə üstələyib.

Valdas Dambrauskasın yetirmələri qonaq olduğu matçlarda ardıcıl 5-ci, ümumilikdə isə 13-cü qələbəsini qazanıb. “Bayquşlar” digər 3 görüşdə rəqibləri ilə sülh bağlayıb.

“İmişli” isə son turda elitanı tərk edən “Karvan-Yevlax”ın müqavimətini qıra bilməyib – 1:1. Bölgə komandası çempionatda keçirdiyi 16 ev görüşünün 10-da bərabərliklə təsəlli tapıb. Digər 6 matçda (1-i texniki) isə rəqib səfərdən 3 xalla dönüb.

Beləliklə, “Sabah” səfərdə məğlub olmayan, “İmişli” isə evdə qələbə qazanmayan yeganə komanda olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti