Temperatur 6 dərəcə enəcək - Xəbərdarlıq edildi

07:10 Araşdırma 111
Temperatur 6 dərəcə enəcək - Xəbərdarlıq edildi

Bakıda və Abşeron yarımadasında mayın 29-u axşamdan 30-u səhərədək arabir yağış yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildiirlib ki, yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Mayın 29-u gündüz Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 31-i gündüzədək bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı, 29-da bəzi yerlərdə yağıntının güclənəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə 3-6 dərəcə enəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti