AÇIQLADI - Xərçəng əleyhinə yeni dərman... FOTO

24 Yanvar 2024 17:30 Araşdırma 711
AÇIQLADI - Xərçəng əleyhinə yeni dərman... FOTO

Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek ölkədə ilk xərçəng əleyhinə dərmanın yaradılmasından danışıb.

Nazir brifinqində dərmanı jurnalistlərə nümayiş etdirib.

"Texas Universitetinin Anderson laboratoriyasında işləyən məşhur biotexnoloqumuz Dos Sarbasov Qazaxıstana qayıdıb. Artıq bir neçə ildir ki, o, Nazarbayev Universitetinin milli laboratoriyasına rəhbərlik edir. Biotexnoloq hazırda onkologiyaya qarşı yeni dərmanlar hazırlayır", - deyə Nurbek bildirib.

Onun sözlərinə görə, bu gün Qazaxıstan Onkologiya və Radiologiya Elmi-Tədqiqat İnstitutunda 15 nəfər qazax preparatı ilə müalicə olunur:

"Üçüncü mərhələyə keçdik, xərçəng əleyhinə dərmanımız tezliklə buraxılacaq".

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?