Ermənistan ordusunda ölüm halları artır - Son 4 ildə

19 Yanvar 2024 12:10 Araşdırma 468
Ermənistan ordusunda ölüm halları artır - Son 4 ildə

“Son 4 ilin statistikasına əsasən, Ermənistan Silahlı Qüvvələrində ölüm hallarında artım müşahidə edilir”.

Bu barədə məlumatı Ermənistan Ombudsman Aparatının hərbi qulluqçuların hüquqlarının müdafiəsi şöbəsinin rəhbəri Andranik Yeqoyan deyib.

“Dinc şəraitdə hərbçilərin ölümündən danışdıqda, ağıla nizam-intizamla əlaqəli məsələlər gəlir”, - deyə Yeqoyan qeyd edib.

Onun sözlərinə görə, 2018-ci ildə 63, 2019-cu ildə 49, 2020-ci ildə 54, 2021-ci ildə 58, 2022-ci ildə 64, 2023-cü ildə isə 83 hərbçi ölümü qeydə alınıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti