Sözügedən plan rəsmi saytdan silindi: “Xırdalana metro xətti çəkilməyəcək”

16 Yanvar 2024 18:30 Araşdırma 781
Sözügedən plan rəsmi saytdan silindi: “Xırdalana metro xətti çəkilməyəcək”

“Bakı metrosunun Xırdalan şəhərinə qədər olan istiqamətində metro stansiyasının inşası nəzərdə tutulmur”.

Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində deyib.

O bildirib ki, artıq “Xocəsən” stansiyası istifadəyə verilib:

“Bu stansiya Xırdalan şəhərinə və digər şəhərətrafı ərazilərə yaxındır. Bu da nəzərə alınmalıdır ki, Xırdalan şəhərinin içərisində metro stansiyasının inşası üçün uyğun istiqamət yoxdur”.

Yanvarın 8-də ictimaiyyətə açıqlanan Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında Xırdalana metro xətti çəkiləcəyi açıqlanmışdı. Sonradan sözügedən plan rəsmi saytdan silinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti