“Bunlar futbolçulara “Qarabağ”la “Neftçi”dən də artıq maaş verirlər”

15 Yanvar 2024 20:00 Araşdırma 3 386
“Bunlar futbolçulara “Qarabağ”la “Neftçi”dən də artıq maaş verirlər”

Vaxtilə Azərbaycanda oynamış Baqali Dabonun Kipr karyerası da başa çatıb.

2020-ci ilin yayında “Neftçi”dən ayrılandan sonra “Apollon”a keçən və ilk 2 ildə komandasının əsas fiqurlarından olan fransalı hücumçu sonradan kölgəyə çəkildi.

Öncə əsas heyətdəki yerini itirdi, 2023-ün yayında isə Limassol təmsilçisini tərk etdi.

Hazırda işsiz qalan Dabo Sportinfo.az-a açıqlamasında Azərbaycan və Kipr çempionatlarını müqayisə edib:

“Kiprdə komanda sayı çoxdur və bu, çempionata xüsusi rəng qatır. Biz oynayan dönəmlərdə Premyer Liqada 8 komanda var idi.

İndi sayı 10 ediblər, düzdür? Kiprin yüksək liqasında 14 komanda iştirak edir.

Mövsümün sonuna yaxın ilk 6 komanda çempionu müəyyənləşdirmək üçün pley-offda mübarizə aparır. Təsəvvür edin, həmin vaxt çempionat sanki yenidən başlayır, maraq artır.

Say çox olanda keyfiyyət də artır. Məsələn, bu gün Azərbaycanda beynəlxalq arenalarda uğur qazana biləcək neçə komanda var?

“Qarabağ”, bir də olsun “Neftçi”ylə “Sabah”. Amma Kiprdə belələrinin sayı çoxdır.

Üstəlik, burada böyük pullar verilir. “Aris” və “Pafos” klublarının sahibləri Rusiyadandır.

Futbola fantastik sərmayə yatırırlar. Bu klublar futbolçulara “Qarabağ”la “Neftçi”dən də artıq maaş verirlər.

Çünki Azərbaycanda nə qədər pul təklif olunduğunu bilirəm”.

Dabo ölkəmizdə top qovduğu 4 ildə bütün yarışlar nəzərə alınmaqla meydana çıxdığı 109 matçda 49 (“Qəbələ”- 26, “Neftçi” - 23) qol və 12 (“Qəbələ” – 5, “Neftçi” - 7) məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti