AFFA-nın baş katibi: “I və II Liqada oyun “alver”i ilə bağlı siqnallar almışıq”

30 Dekabr 2023 00:50 Araşdırma 696
AFFA-nın baş katibi: “I və II Liqada oyun “alver”i ilə bağlı siqnallar almışıq”

“Təəssüflər olsun ki, UEFA-dan hər iki liqa ilə bağlı müəyyən siqnallar almışıq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində AFFA-nın baş katibi Sərxan Hacıyev I və II Liqada danışılmış oyunların olması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

Funksionerin sözlərinə görə, bu cür məsələlər aidiyyəti qurumlar tərəfindən ciddi nəzarətə götürülüb:

“Güc strukturları ilə araşdırmalara başlamışıq. Sadəcə, konfidensiallığı nəzərə alaraq, komandaların adlarını və konkret hansı oyunların şübhəli olduğunu açıqlaya bilmirik.

Hər xırda siqnal çox ciddi araşdırılır. Bu yola əl atan insanlara müraciətimiz odur ki, belə əməllərdən çəkinsinlər.

Çünki sonda günahı sübuta yetirilənlər cəzasız qalmayacaqlar. Onlar üçün ən yüngül sanksiya futboldan ömürlük uzaqlaşdırılma olacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti