Prokurorlar tanınmış futbolçuya 9 il həbs tələb edir - Zorlama ittihamı ilə

21 Dekabr 2023 00:00 Araşdırma 661
Prokurorlar tanınmış futbolçuya 9 il həbs tələb edir - Zorlama ittihamı ilə

“Barselona”nın keçmiş müdafiəçisi Dani Alveş fevralın 5-dən 7-dək zorlama ittihamı ilə məhkəmə qarşısına çıxarılacaq.

Sportinfo.az xəbər verir ki, prokurorlar 40 yaşlı braziliyalı futbolçuya 9 il həbs cəzası istəyirlər və zərərçəkmiş olduğu iddia edilən şəxsə 150 ​​min avro təzminat ödəməsini tələb edirlər.

Yanvarın 20-də Alveşin İspaniyada cinsi zorakılıq ittihamı ilə saxlanıldığı məlum olub. Həmin vaxtdan o, həbsdədir. Alveş özü ona qarşı irəli sürülən ittihamları rədd etdiyini bildirib.

Alveş karyerası ərzində “Sevilya”, “Barselona”, “Yuventus”, PSJ və “Sao Paulo”da çıxış edib. Onun son komandası Meksika təmsilçisi “Pumas” idi və klub təcavüzdə ittiham olunan oyunçu ilə müqaviləni ləğv edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti