“Qarabağ” və... Avropanın ən yaxşı 5 klubu açıqlandı

20 Dekabr 2023 01:20 Araşdırma 860
“Qarabağ” və... Avropanın ən yaxşı 5 klubu açıqlandı

2023/2024 mövsümündə toplanan xal faizinə görə Avropanın ən yaxşı 5 klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, araşdırma “Top-5” liqalara şamil edilib.

Siyahıya Almaniya Bundesliqasının lideri “Bayer 04” başçılıq edir. Leverkuzenlilər çempionatda mümkün xalların 87 faizini (45 mümkün xaldan 39-nu) toplayıblar.

İkinci pillədə 86 faizlə (51-dən 44-ü) İspaniya təmsilçisi “Jirona” qərarlaşıb. İlk “üçlüy”ü 85 faizlə (48-dən 41-i) İtaliya klubu “İnter” tamamlayıb.

Sonrakı yerləri Almaniya nəhəngi “Bavariya” (83 faiz – 42-dən 35-i) və İspaniya təmsilçisi “Real” (82 faiz - 51-dən 42-si) tutublar.

Müqayisə üçün əlavə edək ki, Azərbaycan Premyer Liqasının lideri “Qarabağ” geridə qalan 17 turda 38 top toplayıb. 13 xal itirən ağdamlılar 74 faizlik göstəriciyə imza atıblar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti