5 nəfər kənarda qaldı – Tərcüməçi, məşqçi və futbolçular

19 Dekabr 2023 22:20 Araşdırma 860
5 nəfər kənarda qaldı – Tərcüməçi, məşqçi və futbolçular

Azərbaycan kubokunun 1/8 final mərhələsinin ilk oyunları bəzi məşqçi, futbolçu və klub rəsmiləri üçün tamaşa meydanı olacaq.

18-21 dekabr aralığında keçiriləcək oyunları iki məşqçi, iki futbolçu və bir klub rəsmisi kənardan izləyəcək.

Bunlar “Zirə”nin futbolçusu Hacıağa Hacılı ilə “Şamaxı”nın oyunçusu Emin Zamanov, “Zirə”nin məşqçiləri Vüqar Məmmədlə Eltun Yaqublu, “Neftçi”nin tərcüməçisi Vüqar Əliyevdir.

Emin “Zaqatala” ilə oyundan sonra aldığı “qırmızı”nın bədəlini ödəyəcəksə, digərləri ötən mövsümdən qalan cəzalarını çəkməlidirlər.

Dekabrın 18-də baş tutan “Kəpəz” – “Sabah” oyununda “tələbələr” 4:3 hesablı qələbəyə sevinib.

Sabah “Səbail” – “Şamaxı”, “Zirə” – “Turan Tovuz”, dekabrın 21-də “Qarabağ” – MOİK, “Neftçi” – “Qaradağ Lökbatan” qarşılaşmaları keçiriləcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti