Qurban Qurbanov Azərbaycanda 2023-cü ilin ən yaxşı məşqçisi seçildi

18 Dekabr 2023 22:40 Araşdırma 617
Qurban Qurbanov Azərbaycanda 2023-cü ilin ən yaxşı məşqçisi seçildi

Azərbaycanda 2023-ci ilin ən yaxşı futbol məşqçisinin adı məlum olub.

Sportinfo.az xəbər verir ki, Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov digər namizədləri böyük fərqlə qabaqlayaraq, birinci yeri tutub.

Qurbanov 66 jurnalistin qatıldığı sorğuda 56 səs toplamaqla, 2023-ci ilin ən yaxşı məşqçisi seçilib. Bununla da, o, 13-cü dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi adını qazanıb!

Sorğuda iştirak edənlərdən 5-i “Sabah”ın baş məşqçisi Murad Musayevə, 3-ü “Qəbələ”nin çalışdırıcısı Elmar Baxşiyevə, 2-si isə “Zirə”nin sükanı arxasında olan Rəşad Sadıqova səs verib.

Azərbaycan milli komandasının keçmiş çalışdırıcısı Canni De Byaziyə səs verən olmayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti