Bu il 4500-dən çox zəlzələ olub - Azərbaycanda

16 Dekabr 2023 18:30 Araşdırma 471
Bu il 4500-dən çox zəlzələ olub - Azərbaycanda

İlin əvvəlindən bu vaxta qədər qeydə alınan zəlzələlərin statistikası açıqlanıb.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli məlumat verib.

Onun sözlərinə görə, ilin əvvəlindən bu vaxta qədər 84 seysmik stansiya vasitəsi ilə Azərbaycan və ona bitişik ərazilərdə 9702, ölkəmizin ərazisində isə 4548 zəlzələ qeydə alınıb.

Azərbaycan ərazisində maqnitudası 3-dən böyük 83 zəlzələ baş verib. Azərbaycan və ona bitişik ərazilərdə 37 hiss olunan zəlzələ olub.

Ölkə ərazisində bu il baş verən ən yüksək maqnitudalı zəlzələ Xəzər dənizində qeydə alınıb. (4 iyul 2023-cü il və 7 dekabr 2023-cü il tarixlərində Xəzər dənizində maqnitudası 5.6 olan zəlzələlər).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti