Şuşada yeni tikilən evlər baxın belə olacaq - VİDEO

14 Dekabr 2023 03:10 Araşdırma 1 940
Şuşada yeni tikilən evlər baxın belə olacaq - VİDEO

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada yaşayış kompleksinin inşası başa çatıb.

Bu barədə AzTV xüsusi strateji əhəmiyyət kəsb edən və çətin relyefdə yerləşən bu şəhərdə quruculuq-abadlıq işlərinin gedişatı barədə xəbər verib.

Bildirilib ki, Şuşanın Baş Planına uyğun olaraq yaşayış kompleksində 3, 4 və 5 mərtəbəli binalar inşa edilib.

Müasir standartlara uyğun inşa olunan binalarda Şuşaya məxsus memarlıq mühiti nəzərə alınıb.

Yaşayış kompleksində 23 binanın inşası başa çatıb və bu binalarda 450 ailə məskunlaşacaq.

Mənzillər 1, 2, 3, 4 və 5 otaqlıdır. Mənzillər təmirli və mətbəx mebelləri ilə təchiz olunmuş şəkildə sakinlərə təqdim ediləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti