Məşhur məşqçinin ən pis 5 anı: "Qarabağ" da onu ŞOKA SALIB!

24 Yanvar 2022 09:00 Araşdırma 1 132
Məşhur məşqçinin ən pis 5 anı: "Qarabağ" da onu ŞOKA SALIB!

"Atletiko"nun (Madrid) baş məşqçisi Dieqo Simeonenin komandadakı ən pis 5 anı bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu barədə "90min" nəşri araşdırma aparıb.

5-ci sırada Madrid təmsilçisinin 2017/2018 mövsümündə Çempionlar Lİqasında qrupdan çıxa bilməməsi göstərilib. Mövsümün yekununda Avropa Liqasının qalibi olan komanda hər iki görüşdə "Qarabağ"ı məğlub edə bilməyib - 0:0;1:1.

4-cü yerdə "Atletiko"nun Çempionlar Liqasındakı növbəti uğursuzluğu yer alıb.

Madridlilər 2018/2019 mövsümündə 1/8 final mərhələsində İtaliya "Yuventus"unu evdə 2:0 hesabı ilə üstələsələr də, cavab matçında Kriştianu Ronaldunun het-triki ilə Turin təmsilçisi mərhələ adlayıb.

Argentinalı mütəxəssis ölkə kubokunda da uğursuzluqla üzləşib. Madridlilər 2019/2020 mövsümündə "Kultural Leonesa"ya 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Simeonenin komandası 2020/2021 mövsümündə isə "Kornelya" ilə oyunda eyni aqibəti yaşayıb - 0:1.

"Atletiko"nun cari mövsüm La Liqada yaxşı nəticələr göstərməməsi də diqqətdən yayınmayıb.

Paytaxt klubunun Superkubokda və kubokda məğlub olduğu, həmçinin turnir cədvəlində "Real Madrid"dən 16 xal geri düşdüyü və çempionluq uğrunda mübarizə aparmadığı vurğulanıb.

Təcrübəli baş məşqçinin ən pis anı Çempionlar Liqasının finalında iki dəfə "Real Madrid"ə məğlub olmasıdır.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu