“Mahirə dedim ki, bu baş məşqçiyə çox da ümid bağlama”

27 Oktyabr 2021 21:00 Araşdırma 1 678
“Mahirə dedim ki, bu baş məşqçiyə çox da ümid bağlama”

Mahir Emrelinin çıxış elədiyi "Legiya"da işlər heç də yaxşı getmir.

Komanda 12 turdan sonra 9 xalla Polşa çempionatında 15-ci pillədə qərar tutub.

Belə uğursuz çıxışdan sonra rəhbərlik baş məşqçi Çeslas Mixneviçlə yolları ayrımağa qərar verdi.

Bundan sonra Emreli daha öncə "Legiya-2"ni çalışdırmış Marek Qolebiyevskinin rəhbərliyi altında oynayacaq.

Görəsən, Polşa klubunda baş verən dəyişikliklər həmyerlimizin gələcək karyerasına nə kimi təsir qoya bilər? Ümumiyyətlə, Mahirlə bağlı ciddi narahatlığa əsas varmı?

Sualımıza cavab tapmaq üçün FİFA meneceri Tural Əsgərovla söhbətləşməyi qərara aldıq. Tanınmış agent başverənlərlə bağlı bunları dedi:

"Öncə onu deyim ki, istefaya göndərilən Mixneviç Mahir Emrelinin transferində xüsusi rol oynamayıb.

Böyük ehtimalla, o da Mahirin transferinə "hə" deyib. Amma onun cavabı üçüncü-dördüncü dərəcəli rol oynayıb.

Yadıma gəlir, Mahirlə bu transferin mümkünlüyünü müzakirə edəndə, ona demişdim ki, bu baş məşqçiyə çox ümid bağlama.

Çətin ki, o, mövsümün sonuna kimi "Legiya"da duruş gətirə bilsin. Və elə də oldu.

İstənilə halda, məşqçinin kim və haralı olmasından asılı olmayaraq, hər şey Mahirin özündən asılıdır. İşinə peşəkar və məsuliyyətlə yanaşsa, imkanları az deyil".

Xanoğlan İmanov / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı