“Sevilya”nın ulduzu ilə Mahir Emrelinin FƏRQİ BİLİNDİ

9 May 2021 12:40 Araşdırma 3 301
“Sevilya”nın ulduzu ilə Mahir Emrelinin FƏRQİ BİLİNDİ

Adətən, komandaların qolçuları eyni zamanda penalti zərbələrini də yerinə yetirirlər.

Sportinfo.az xəbər verir ki, məhz penaltilər bir çox forvardın bombardirlik qolunda imdadına yetişir.

Ancaq onbirmetrlik nöqtəyə yaxınlaşmadan bombardirlər siyahısında yer alan futbolçular da var. Bu yazıda Avropanın “böyük beşlik” ölkələrində cari mövsüm penaltidən fərqlənmədən ən çox qol vuran futbolçulara göz gəzdirəcəyik.

Müqayisə aparsaq, Azərbaycan Premyer Liqasında bombardirlər yarışında ikinci pillədə qərarlaşan Mahir Emrelinin yalnız La Liqada bu göstərici üzrə birinci olan oyunçudan geri qaldığını görərik.

“Qarabağ”ın forvardı 16 qolun heç birini penaltidən vurmayıb. Doğrudur, Emreli bir dəfə onbirmetrlik nöqtəyə yaxınlaşıb. Lakin onda da zərbəsi qolla nəticələnməyib.

Ümumiyyətlə, penalti yerinə yetirməyən digər məhsuldar oyunçular isə 6 qolla Mirabdulla Abbasov (“Neftçi”), Abdullah Zubir və Kvabena Ovusudur (hər ikisi “Qarabağ”). Rafael Utrix (“Qəbələ”), Kevin Kubemba (“Sabah”), Klesio Bauk və Ağabala Ramazanovun (hər ikisi “Zirə”) aktivində 5 belə top var (apasport.az).

“Top-5” liqanın penaltidən fərqlənməyən ən məhsuldar futbolçuları:
1. Yussef En-Nesiri (“Sevilya”, İspaniya) – 33 oyun, 17 qol
2. Kevin Volland (“Monako”, Fransa) – 32 oyun, 16 qol, 8 assist
3. Dominik Kalvert-Lyuin (“Everton”, İngiltərə) – 28 oyun, 15 qol, 2 assist
4. Lautaro Martines (“İnter”, İtaliya) – 34 oyun, 15 qol, 8 assist
5. Saşa Kalaydziç (“Ştutqart”, Almaniya) – 30 oyun, 14 qol, 5 assist

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı