Qarabağda itkin düşən hərbçilərin axtarışları bu ərazilərdə aparılır

20 Aprel 2021 21:30 Araşdırma 1 127
Qarabağda itkin düşən hərbçilərin axtarışları bu ərazilərdə aparılır

"İtkin düşmüş 24 nəfər hərbi qulluqçunun olduqları yerlərin müəyyən olunması məqsədilə axtarış qrupları tərəfindən hazırda Tərtər, Füzuli, Cəbrayıl, Xocavənd və Xocalı rayonlarının ərazilərində, həmçinin Şuşa şəhəri ətrafında müvafiq axtarış işləri aparılır,

Murov dağı silsiləsində isə əlverişli təbii şərait imkan verənədək təxirə salınıb".

Sportinfo.azxəbər verir ki, bu barədə Hərbi Prokurorluğun yaydığı məlumatda bildirilir.

"O cümlədən həmin hərbi qulluqçularımızın əsir götürülmələri və yaxud meyitlərinin qarşı tərəfdə olmaları ehtimalları ətrafında da istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir və nəticəsi barədə ictimaiyyətə vaxtaşırı məlumat veriləcək", - deyə məlumatda qeyd olunur.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!