QURBAN SİYAHISI: Hövsələsiz klub prezidenti De Byazini 3 dəfə qovub…

18 Yanvar 2021 23:00 Araşdırma 721
QURBAN SİYAHISI: Hövsələsiz klub prezidenti De Byazini 3 dəfə qovub…

"Torino” baş məşqçisi Marko Campaolo ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, komandanın ardıcıl uğursuz çıxışı təcrübəli mütəxəssisin istefaya göndərilməsinə səbəb olub.

Onu bu postda sonuncu dəfə ötən mövsüm “Cenoa”nı çalışdıran David Nikola əvəz edib. Urbano Kaironun prezidentliyi dönəmində Campaolo komandadan qovulan 11-ci məşqçi olub.

Bununla bağlı araşdırma aparan İtaliya mətbuatı 2005-ci ildən turinlilərə rəhbərlik edən Kaironun indiyə qədər 11 fərqli məşqçi istefaya göndərdiyini yazıb.

Onlardan ikisi 1 dəfədən çox qovulub ki, bu baxımdan siyahıya hazırda Azərbaycan millisini çalışdıran Canni de Byazi başçılıq edir. 65 yaşlı məşqçi üç dəfə Kaironun qurbanı olub.

Bunlar 2006, 2007 və 2008-ci illərə təsadüf edib. O, 2005/06 mövsümündə, 2006/07 mövsümünün ikinci dövrəsində, eyni zamanda 2007/08 mövsümün sonlarından 2008/09 mövsümünün qış fasiləsinə qədər “Torino”nun sükanı arxasında olub.

Digər italiyalı Valter Novelyino isə 2007/08 və 2008/09 mövsümlərində iki dəfə gəlişinə peşman olub.

Digər Xəbərlər
Xəbər Lenti