Vergi güzəştlərinin müddəti daha üç il uzadılır - Bu yarışa görə

15 Noyabr 2023 02:30 Digər növlər 998
Vergi güzəştlərinin müddəti daha üç il uzadılır - Bu yarışa görə

“Formula-1” yarışına görə vergi güzəştlərinin müddəti daha 3 il uzadılır.

Sportinfo.az xəbər verir ki, bu, Milli Məclisin iclasında I oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliklə Azərbaycan Respublikasında keçirilən “Formula-1” və “Formula-2” yarışlarına aid qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bağlanılmış müqavilə əsasında onun tərəfindən qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri - 2018-ci il yanvarın 1-dən 9 il müddətinə vergidən azad olacaq.
Hazırda bu müddət 2018-ci il yanvarın 1-dən 6 il nəzərdə tutulub.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Digər Xəbərlər
Xəbər Lenti