“Nə deyəcəyimi bilmirəm, kifayət qədər yaxşı oynamadıq”

2 Dekabr 2022 18:20 Almaniya 322
“Nə deyəcəyimi bilmirəm, kifayət qədər yaxşı oynamadıq”

"Bavariya" və Almaniya millisinin hücumçusu Serj Qnabri millisinin Qətərdə keçirilən dünya çempionatındakı iştirakını başa vurmasından danışıb.

Sportinfo.az xəbər verir ki, almaniyalı futbolçu komandasının uğursuzluğunu belə şərh edib

"Kosta-Rika ilə görüşdə mümkün qədər çox qol vuraraq, digər iki komandaya da maksimum təzyiq göstərmək istəyirdik.

Komandamızda kifayət qədər istedadlı oyunçu var. Lakin qrup mərhələsindən çıxa bilmədik. Bu, çox üzücüdür.

Nə deyəcəyimi də bilmirəm. Biz kifayət qədər yaxşı oynamadıq deyə, növbəti mərhələyə çıxa bilmədik".

Digər Xəbərlər
Xəbər Lenti