"Haypers Quba" Birinci Liqada növbəti məğlubiyyətini alıb.
"Dinamo"nun qonağı olan Quba təmsilçisi meydandan darmadağına ayrılıb - 1:4.
Amma kollektiv bu məğlubiyyətə çox da üzülməyib.
Çünki bölgə klubu qalib gəlsəydi belə aktivinə 3 xal yazdıra bilməyəcəkdi.
Buna səbəb adı protokolda olmayana oyunçunun "Dinamo" ilə oyundan meydana çıxmasıdır.
Söhbət 17 nömrəli futbolçu Nail Təhməzlidən gedir.
AFFA İntizam Komitəsi buna görə "Haypers Quba"ya texniki məğlubiyyət verəcək.
Maraq üçün bildirək ki, region təmsilçisinin başına eyni hal bu mövsüm ikinci dəfədir gəlir.
Belə ki, birinci turda "Araz Saatlı"nı 3:2 məğlub etdiyi görüşdə "Haypers Quba"ya AFFA İntizam Komitəsi texniki məğlubiyyət vermişdi.
SPORTİNFO.AZ