COP29

Bu komandaların oyunlarına böyük pul qoyuldu, UEFA AFFA-ya siqnal ötürdü – SON DƏQİQƏ

29 Dekabr 2023 21:20 II Divizion 1 762
Bu komandaların oyunlarına böyük pul qoyuldu, UEFA AFFA-ya siqnal ötürdü – SON DƏQİQƏ

II Liqada mübarizə aparan 14 komandanan 3-4-ü tezliklə çempionatdan kənarlaşdırıla bilər.

Redaksıyamızın əldə etdiyi məlumata görə, AFFA hazırda onlarla bağlı ciddi araşdırma aparır.

Proses əslində bir müddət əvvəl başlayıb.

Sadəcə, federasiya ona gəlib çatan infiormasıyaları hüquq-mühafizə orqanlarıyla bölüşəndən sonra təhiqiqat daha ciddi rəng alıb və miqyası genişlənib.

AFFA-ya siqnallar haradan daxil olub? Gözlənildiyi və əvvəl olduğu kimi, UEFA-dan.

Bu ildən keçirilməsinə başlanan II Liqanın bir neçə iştirakçısının oyunlarına böyük miqdarda pul qoyuluçu edilməsi Avropa futbol qurumunu hərəkətə gətirib.

UEFA eyni halın dəfələrlə təkrarlanmasından sonra Bakıya serkulyar məktub(lar) ismarlayıb. Burada paytaxtın 1 təmsilçisi daxildir, qalanları rayon komandalarıdır.

Yeri gəlmişkən, I Liqa UEFA-nın «şübhəli oyunlar» siyahısına düşüb. Aşağı liqada mübarizə aparan 10 komandadan 5-i ilə bağlı araşdırma start götürüb.

Bunlar «Karvan», «Mingəçevir», «İrəvan», «Araz Saatlı» və «Qaradağ Lökbatan»dır.

Avropa futbol qurumu bu kollektivlərin iştirakıyla keçirilən bir neçə qarşılaşmanın nəticəsinin şübhəli olması barədə AFFA-nı məlumatlandırıb.

UEFA-nın nəzdində fəaliyyət göstərən gizli polisin apardığı araşdırma müəyyən edib ki, «Karvan», «Qaradağ» və «İrəvan»ın qələbəsinə böyük pul qoyuluşu həyata keçirilib.

«Araz» və «Mingəçevir»in oyunlarında isə tam əksinə, onların məğlubiyyətə uğrayacağı proqnozlaşdırılıb və bukmeyker kontorlarına bəzi öləkələrdən «stavka» qoyulub.

Təxminlər üst-üstə düşdüyündən, UEFA təhqiqata başlaması haqda AFFA-ya yeni məktub ünvanlayıb və öz növbəsində yerli federasiyadan da prosesə qoşulmasını istəyib.

Təbii ki, AFFA da oyun manipulyasiyasına dair şifrəli informasiyaya etinasız yanaşmayıb və hazırda iki təşkilat arasında məlumat mübadiləsi davam edir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"