"Elə yazıb ki, guya ... Bu, təhqir sayılır?. Olmayan şeyi deməmişəm ki..."

1 Dekabr 2020 22:20 I Divizion 801
"Elə yazıb ki, guya ... Bu, təhqir sayılır?. Olmayan şeyi deməmişəm ki..."

"Belə cəza veriləcəyini gözləyirdim deyəndə ki, hakimin yazdığı ilə, əlbəttə, gözləyirdim.

Hakim elə yazıb ki, guya mən onu təhqir eləmişəm. Mən oyunun sonunda narazı qaldığım epizodlara bir qədər aqressiv formada etiraz etmişəm. Belə çıxır ki, bu, təhqir sayılır?. Olmayan şeyi deməmişəm ki...".

Bu fikirləri Sportinfo.az-a açıqlamasında "Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə AFFA İntizam Komitəsinin ona 5 oyunluq verdiyi cəzaya münasibət bildirərkən deyib.

Bölgə klubunun çalışdırıcısı etiraz etdiyi epizodlardan da söz açıb: "Bəli, emosional formada demişəm. Əsas narazılığım o idi, oyundan sonra hakimə yaxınlaşıb, "niyə ikinci hissəyə 2 dəqiqə artırırsan" deyə, soruşdum.

Digər etirazım penalti epizoduna görəydi. Bilmirəm baxıblar ya yox, amma mənə görə orada penal yox idi. Ancaq bu verdi. Bir başqa epizod da ikili mübarizə zamanı oyunçum yerdə qaldı və həkimlər köməyə çağırıldı.

Futbolçumun ağzı, forması bütün qan içindəydi. Bunu kim vurdu? Öz-özünə qan içində olmadı axı. Vurulub ki dodağı partlayıb da. Bunu görürsən, amma heç bir vərəqə vermirsən. Yəni iradlarım bunlardan ibarət idi".

Yaşar Vahabzadə haqqında çıxarılan qərara etiraz etməyəcəyini bildirdi: "Oyundu oldu, keçdi. Futbolçuda, məşqçidə belə emosiolar olur da. Sözlərimi emosional formada dedim. O da qırmızı vərəqə verdi. Heç nə demədən çevrilib getdim. Heç bir etiraz etmək fikrim yoxdur".

Digər Xəbərlər
Xəbər Lenti